Siqurni Uiver

Siqurni Uiver

Aktrisa

BİOQRAFİYA

Siqurni Uiver 8 oktyabr 1949-cu ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Siqurninin böyük ekranda debütu “Enni Holl” (1977) filmində kiçik epizodik rol olur. İki il sonra ekrana çıxan Ridli Skottun “Özgə” filmindəki leytenant Ellen Rilli rolu ilə aktrisa şöhrət qazanır. Skottun filmi və Uiverin canlandırdığı rol, təkcə fantastik kino həvəskarlarının yox, bütün kino həvəskarlarının pərəstiş etdiyi kinoya və obraza çevrilir. Ardınca “Özgə” filminin daha 3 hissəsinə çəkilir və filmin əsas fiqurlarından birinə çevrilir. Filmin ikinci hissəsindəki işinə görə "Ən yaxşı qadın rolu" kateqoriyası üzrə “Oskar”a namizəd göstərilib. Bundan başqa, Uiver “Qorillalar dumanda” filmində heyvanların müdafiəsinə qalxan aktivist Dayan Fossi rolu ilə də eyni uğuru təkrarlayır. Həmçinin, “İşgüzar qadın” serialına görə də bu mükafata namizəd göstərilib. Bununla yanaşı, iki dəfə “Qızıl Qlobus” mükafatı qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sigourney_Weaver

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç