Lilend Orser
Aktyor
Lilend Cons Orser 6 avqust 1960-cı ildə San-Fransisko şəhərində (ABŞ) anadan olub. Kinoda daha çox “Əsir qız” filmində Sem, “Onları cəhənnəmə göndər, Meloun” filmində Mörfi rolu ilə tanınıb. Eyni zamanda “Təcili tibbi yardım” teleserialının bir epizodunda cərrah Lüsen Dubenko roluna çəkilib. Orser televiziyada aktyor debütünü 1991-ci ildə “Qabrielin alovu” şousunda edib. Ardınca “Qızıl qızlar”, “Çirs”, “Los-Anceles qanunları”, “Məxfi materiallar”, “Nyu-York polisi”, “Qanun və qayda: Xüsusi korpus” və “Qanun və qayda: Cinayət yeri” seriallarında qonaq rollara dəvət olunub. 1999-cu ildə “Hüdudlardan kənarda” serialının “Deqredasiya” adlı epizodunda həkim Artur Zeller roluna çəkilir. “Uşaqlarla evli” serialının fanatları Orseri reklam elanlarının eqoist direktoru rolundan xatırlayır. 1995-ci ildə rejissor Devid Finçerin “Yeddi” trillerində qətldə şübhəli bilinən şəxsin rolunu oynayıb. Titrlarda onun adı “massaj salonundakı dəli kişi” kimi təqdim olunur. 1999-cu ildə “Qorxunun gücü” adlı trillerdə Denzel Vaşinqtonun qəhrəmanının antoqonisti Riçard Tompson rolunu oynayıb. 2001-ci ildə “Pörl-Harbor” filmində mayor Cekson roluna çəkilib. Eyni zamanda Stiven Spilberqin “Sıravi Rayanı xilas etməli” filmində qəzaya uğramış təyyarənin yaralı pilotu rolunu ifa edib. Orsen 1987-ci ildə irland aktrisa Roma Dauni ilə ailə qurub. Onların nikahı 2 il davam edib və 1989-cu ildə boşanıblar. 2000-ci ildə Cin Tripplhornla evlənib. Onların birgə nikahdan 2002-ci təvəllüdlü bir oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%80%D1%81%D0%B5%D1%80,_%D0%9B%D0%B8%D0%BB%D0%B5%D0%BD%D0%B4