Mark Rolston

Mark Rolston

Aktyor

BİOQRAFİYA

Mark Rolston – amerikalı aktyordur. Daha çox “Yadlar” qorxu filmində Dreyk, “Mişar V” filmində Erikson, “Qaynar saat” filmində Uoren Rass rolu ilə tanınır. Bundan başqa “Öldürücü silah 2” (1989) filmində Qans, “Robokop 2” (1990) filmində Stefa, “Şouşenkdən qaçış” (1994) filmində Boqza Diamonta, “Pozan” (1996) filmində C.Skara, “Gün işığı” (1996) filmində Dennis Uilsn, “Leysan” filmində Ueyn Brüs rolunu oynayıb. 2000-ci illərdə ən məşhur rollardan biri rejissor Martin Skorsezenin “Dönüklər” filmində (2006) mafia başçısının “başkəsəni” rolu olub. Rolston başlıca olaraq mənfi obrazları canlandırır. 2008-2009-cu illərdə “Mişar V” və “Mişar VI” filmlərinin çəkilişində iştirak edib. 1994-cü ildə Vavilon 5 teleserialında Karl Müller rolunda çıxış edib. Həmçinin “Məxfi Materiallar” serialının 2 epizodunda rol alıb: “Qırmızı muzey” və “Sein und Zeit” epizodları. Mark Rolstona “Betmen” cizgi serialında Alovlu böcəyi səsləndirmək təklif olunsa da, sonrada layihə rəhbərləri onun xarakterinin uyğun gəlmədiyini bildirib. Ancaq serialın davamı sayılan “Betmenin yeni macəraları”da  Alovlu böcəyi səsləndirib. 2004-cü ildə “24 saat” serialında dəvət olunmuş ulduz olub.  Mark Rolston eyni zamanda “Fövqəltəbii” serialında Alastara rolunu oynayıb. Mark Rolston “Blade Runner” (1997), “Turok” (2008) və “Halo 4” (2012) oyunlarını səsləndirib. Bundan başqa “Cinayətkar kimi düşünmək” serialının “Qana susamış” adlı epizodunda şerif Don Holl rolunu alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mark_Rolston

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç