Uolter Hill

Uolter Hill

Rejissor, prodüser, ssenarist, aktyor

BİOQRAFİYA

Uolter Uesli Hill 10 yanvar 1942-ci ildə ABŞ-ın Kaliforniya ştatının Lonq-Biç şəhərində anadan olub. Ali təhsilini Miçiqan ştat Universitetində alıb. Kinoda debütünü ssenarist olaraq “Hiqqi və Boqqs” (1972) filmində gerçəkləşdirib. Üç ildən sonra ilk rejissor işi – “Küçə döyüşçüsü” kəskin süjetli kriminal dramını ərsəyə gətirib. Filmin böyük ekranlara çıxmasından sonra Uolter tənqidçilər tərəfindən parlaq gələcəyi olan gənc rejissor və ssenarist kimi qələmə verilib. 1980-90-cı illərdə rejissor olaraq “Mücadilə” (1978), “Uzaqdan gələn çaparlar” (1980), “48 saat” (1982), “Qırmızı Hərarət” (1988), “Göyçək Conni” (1989), “Ceronimo: Amerika əfsanəsi” (1993), “Yalquzaq” (1996) kimi blokbasterləri ortaya çıxarıb. Həmçinin Riçard Donner və Robert Zemekislə birlikdə məşhur qorxu serialı olan “Qəbir nağılları”nın yaradılmasında iştirak edib. Son rejissor işi 2016-cı ildə ekranlara çıxan “Tomboy” dramıdır. 4 il əvvəl isə Silvestr Stallone və Kristian Sleyterin iştirak ilə “Başa tuşlanan güllə” kriminal dramını lentə alıb. Ümumilikdə karyerası ərzində 25 filmin rejissoru olub. Ssenarist olaraq 1986-cı ilin “Yadplanetlilər” (Alliens) qorxu filminin və onun 1992-ci ildə işıq üzü görən sikvelinin çəkilişində iştirak edib. Amerika kinosunda vestern janrının inkişafına böyük töhfələr verib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Walter_Hill

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç