Edvard Ferlonq, “Terminator: Qara Tale” ilə Geri Qayıdacaq!

22 Iyul, 2019


"Terminator 2: Axirət günü"ndə (Terminator 2: Judgment Day) John Connor xarakterinə həyat verən Edward Furlong, "Dedpul" (Deadpool) ilə tanınan Tim Miller’ın rejissoru olduğu “Terminator: Qara Tale”də (Terminator: Dark Fate) eyni rolla geri qayıdacaq.

Kəskin və elmi-fantastik klassikləri arasında yer alan Terminator, bu il yeni bir filmlə böyük ekrana geri qayıdacaq. 2017-ci ildə seriyanın haqlarını geri alan Ceyms Kemeronun (James Cameron) prodüserliyini üstləndiyi yeni Terminator filminin rejissor kürsüsündə "Dedpul" (Deadpool) ilə tanınan və bu il Love, Death & Robots ilə adından söz etdirən Tim Miller oturur.

Edward Furlong Returns as John Connor in Upcoming R-rated ‘Terminator: Dark Fate’ ile ilgili görsel sonucu

Ceyms Kemeron (James Cameron) ve Tim Milleri bir araya gətirməsi ilə həyəcan yaradan “Terminator: Qara Tale” (Terminator: Dark Fate), 1991-ci il istehsalı "Terminator 2: Axirət günü"ndən (Terminator 2: Judgment Day) sonra çıxan Terminator filmlərini görməzdən gələrək, Kemeronun rejissoru olduğu ilk iki filmin davamı kimi olacaq. Bu baxımdan filmin aktyor heyətində ilk iki filmdə Sarah Connor xarakterini canlandıran Linda Hemilton (Linda Hamilton) və Terminator filmləri ilə bütünləşən Arnold Şvartsenegger (Arnold Schwarzenegger) də yer alacaq.

Ancaq Dark Fate ilə birlikdə illər sonra seriyaya geri qayıdan adlar HemiltonŞvartsenegger ilə kifayətlənməyəcək. "Terminator 2: Axirət günü"ndə (Terminator 2: Judgment Day) John Connor xarakterinə həyat verən Edward Furlong, Dark Fate’te eyni rolla geri qayıdacaq. Terminator’ün hekayəsində olduqca önəmli bir yerə sahib olan John Connor xarakteri sonrakı filmlərdə də yer almış, ancaq xaraktərə Furlong həyat verməmişdi. Xaraktərə "Terminator 3"də (Terminator 3: Rise of the Machines) Nik Stal (Nick Stahl), "Terminator: Xilasetmə"də (Terminator Salvation) Kristian Beyl (Christian Bale), Terminator: Genesis"də (Terminator Genisys) isə Ceyson Klark (Jason Clarke) həyat vermişdi.

Edward Furlong Returns as John Connor in Upcoming R-rated ‘Terminator: Dark Fate’ ile ilgili görsel sonucu

Orijinal seriyanın aktyorları bu yeni filmdə önəmli bir rol üstlənərkən, aktyor heyətində onlarla yanaşı gənc aktyorlar da iştirak edəcək. Halt and Cath Fire serialı ilə uğur əldə edən Makkenzi Devisin (Mackenzie Davis) HemiltonŞvartsenegger ilə baş rolları paylaşacağı filmin aktyor heyətində Gabriel Luna, Natalia ReyesDieqo Boneta (Diego Boneta) kimi adlar yer alır. Filmin ssenarisini Ceyms Kemeronun (James Cameron) Devid S. Qoyer (David S. Goyer) və Justin Rhodes ilə birlikdə yazdığı hekayədən yola çıxaraq RhodesBilli Rey (Billy Ray) qələmə alıb.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər