Bir Dəfə... Hollivudda ( Once Upon a Time... in Hollywood 2019 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, Böyük Britaniya, Çin, 18+
Bir Dəfə... Hollivudda Once Upon a Time... in Hollywood
161 dəq.
az, ru, en
1080p, 720p, 360p
Komediya Dram
7.5 TvSeans   7.9 IMDb   7.6 Kinopoisk  

Təsvir

Bir dəfə... Hollivudda filmində məşhur serialda oynamış televiziya aktyorunun film dünyasına girməyə çalışmasından bəhs edilir. Rik Dalton, televiziyada fəaliyyət göstərən film aktyorudur. Dalton vestern janrında olan uğurlu bir serialda iştirak edib. Ancaq Rik, özünü televiziyadan uzaqlaşdırıb film dünyasına addım atmaq istəyir. Onun dublyoru olan Kliff But isə onu bu mövzuda dəstəkləyir. Ancaq ikilinin yaşlanması ilə əlaqədar Hollivuddakı şansları da azalmaqdadır. Hollivudun yeni favoritlərindən biri - rejissor Roman Polanskinin həyat yoldaşı Şaron Teyt, Rikin qonşusudur. Ancaq Hollivudun parlaq və ehtiyatsız axını Teyt və onun dörd dostunun Çarls Menson təriqəti tərəfindən öldürülməsi ilə kəsiləcək ...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Kventin Tarantino
Ssenarist(lər):
Kventin Tarantino
Baş Rollarda:
Bred Pitt, Leonardo DiKaprio
Digər Rollarda:  
Dakota Fenninq, Marqo Robbi, Timoti Olifant, Emil Hirş, Brüs Dern

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

TVSEANS_SM   20.01.2020
Bu filmi anlamaq üçün əvvəlcə ən azından 1969-cu ildə Hollivudda baş vermiş Çarlz Menson olayını bilmək lazımdı. Roman Polanski və arvadı Şəron Teytin kim olduqlarını da bilmək pis olmazdı. Onda filmə başqa cür baxacaqsız. Möhtəşəm filmdi, amma ədalət naminə demək lazımdı ki, bu Tarantinonun, rüsvayi-cahan olmuş Harvi Vaynşteynsiz çəkdiyi ilk filmidir. Ona görə də, dəmir Harvinin nəzarəti olmadan, Tarantino bir az uzunçuluğa yol verir. Bu da dinamikanın azalmasına gətirib çıxarır. Amma alacaqı Oskarlar filmə halaldi.
7