Emil Hirş
Aktyor
Emil Devenport Hirş 13 mart 1985-ci ildə Kaliforniyada (ABŞ) anadan olub. Atası sənaye mütəxəssisi, anası rəssam-dizayneridir. Ata tərəfdən əcdadları yəhudi, ana tərəfdən ingilis və alman əsillidir. Los-Ancelesdə (Kaliforniyada) və valideynləri ayrıldıqdan sonra Santa-Fe (Nyu Meksiko) şəhərində yaşayıb. Aktyorluq karyerasına səkkiz yaşından başlayıb. İlk “Sabrina - balaca əcinnə”, “Klan”, “Nyu York polisi” kimi serial və teleşoularda çəkilib. Kinoda ilk debütü 2002-ci ildə “Təhlükəli oyunlar” dramı olub. Filmdə Hirş Kiran Kalkinlə birlikdə 1970-ci ildə katolik məktəbdə oxuyan iki dostdan birini canlandırıb. Hirşin növbəti filmi “İmperator klubu” (2002) məktəb dramı olub. 2006-cı ildə “Alfa Doq” filmində narkodiller Coni Trulav rolunu oynayıb. 2008-ci ildə Saçovski qardaşlarının “Spidi-yürüşçü” filmində baş rolda, “Harvi Milk” filmində Kliv Cons rolunda çəkilib. 2013-cü ildə Mark Kitçer, Teyylor Kitç və Ben Fosterlə birlikdə “Sağ qalan” filmində, 2018-ci ildə “Əskik” filmində çəkilir. Şon Penin “Vəhşi təbiət şəraitində" dramı ilə sonra şöhrət qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Emile_Hirsch