Brüs Dern

Brüs Dern

Aktyor

BİOQRAFİYA

Brüs Dern 4 iyun 1936-cı ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində varlı aristokrat ailəsində anadan olub. Onun doğma dayısı (əmisi) Arçibald Makliş məşhur şair və dramaturqdur. “Canqo” (2012), “Evə qayıdış” (1978), “Böyük Qetsbi” (1974) və sair film və “Böyük məhəbbət” (2006-2010), “Qaçaq” (1963-1967), “Hündür kolluq” (1967-1971) və digər seriallarda çəkilib. “Disneylend” (1954-1990), “Dağ hökmdarı” (1997-2010) cizgi filmlərinin personajlarını səsləndirib. 2011-ci ildə ekranlara Frensis Ford Koppolanın “Arada” trillerində baş rollardan birində - şerif Bobbi LaQranj rolunda çəkilib. “Oskar” (1979, 2014), “Qızıl qlobus” (1975, 1979, 2014), BAFTA (2014) və “Emmi” (2011) mükafatlarına namizəd olub. Dünyanın iki ən iri – Berlin və Kann kinofestivalının mükafatçısı olub.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bruce_Dern

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç