Dakota Fenninq

Dakota Fenninq

Aktrisa, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Dakota Fenninq 23 fevral 1994-cü ildə ABŞ-ın Corciya ştatının Konaayers şəhərində anadan olub. Amerikalı aktrisa və fotomodeldir. Aktrisa karyerasının təməlini 2000-ci ildə qoyub. 1994-2009-cu illər ərzində yayımlanan “Təcili Tibbi Yardım” adlı populyar serialda epizodik rola çəkilib. Daha sonra “Mən Seməm” (2001) və “Qəzəb” (2004) filmlərində uşaq rollarına çəkilib. Ona şöhrət gətirən rolu, Herbert Uelsin eyniadlı romanın ekran adaptasiyası olan “Dünyaların savaşı” elmi-fantastik-macərə filmi olub. Tom Kruzla birgə baş rola çəkildiyi həmin film, 2005-ci ildə böyük ekrana çıxıb. 2006-cı ildə “Şarlottanın qurduğu tor” filmində çəkilib. Dakota Fenninq çoxsaylı mükafatların sahibidir. ABŞ kinematoqrafiya tarixində “ABŞ kino aktyorları Gildiyasının” mükafatına namizəd olmuş ən gənc aktrisa olub. Alman və irland əsillidir. Baptist ailəsində böyüyüb. Hollivudun şimalında yerləşən Kembell Hall orta məktəbini bitirib. Uşaqlığından fitri istedad olub, 2 yaşından kitab oxumağı bacarıb. Aktyor bacarıqları erkən yaşlarından özünü büruzə verib. Bacısı Elin dünyaya gəlməsindən sonra, balışı qarnına salaraq hamilə qadın obrazını yaradar, bacısı isə yenidoğulmuş körpə rolunu oynayardı. Evinin yaxınlığında yerləşən teatr məktəbinə gedib. Orada səhnəyə çıxan Dakotanın başqa uşaqlardan yerlə-göy arasında fərqləndiyini görən müəllimlər valideynlərinə onu hər hansı agentliyə yazdırmağı tövsiyə ediblər. Müəllimlərin tövsiyyəsi ilə ailə 1999-cu ildə 6 həftəlik Los-Ancelesə yollanır. Ancaq agentlik Dakotanın “Tide” yuyucu tozunun reklamına çəkilməsinə nail olur və ailə həmişəlik Los-Ancelesdə qalmalı olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/Фэннинг,_Дакота


FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç