Kruella ( Cruella 2021 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, Böyük Britaniya, 16+
Kruella Cruella
134 dəq.
az, ru, en
1080p, 720p, 360p
Komediya Kriminal
10 TvSeans   7.4 IMDb   7.3 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Hadisələr 70-ci illərdə İngiltərədə cərəyan edir. Londonun moda aləminə Baronessa adlı zülmkar və qatı narsisist bir kübar qadın hökmranlıq edir. Bu arada kiçik yaşlarında faciəvi şəkildə anasını itirmiş əyalət qızı Estella London kimi bahalı bir şəhərdə acından ölməmək üçün oğrulluq və cibgirliklə məşğul olmağa başlayır. Dostları Horas, Casper və sevimli itləri Toplan və Təpəgözlə bir sıra inanılmaz fırıldaq sxemləri həyata keçirirlər. Estella həm də yüksək dizayn bacarıqlarına malikdir, oğruluq və fırıldaq planları üçün bütün rekvizitləri özü hazırlayır. Onun ən böyük arzusu öz moda brendini yaratmaqdır. Günlərin bir günü xoşbəxt və bir qədər inanılmaz təsadüf nəticəsində Londonun moda divası – Baronessanın diqqətini cəlb edir və sonuncu onu öz dəbdəbəli moda evinə dəvət edir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Kreyq Gillespi
Ssenarist(lər):
Alin Broş MakKenna
Baş Rollarda:
Emma Stoun, Emma Tompson
Digər Rollarda:  
Mark Stronq, Coel Fray, Pol Uolter Hauzer

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

suzi   19.12.2023
Cox maraqli filmdir sizde baxin "dublajlar cox yaxsidir tesekkur edirem"
1
Masuma Hasan   11.09.2023
Emma Stone görəndə təəccübləndim Kruella rolunda lakin çox gözəl alınıb bu xarakter onda. Filmin ana dilində dublyajını çox bəyəndim. Təbii reaksiyalar var idi sünilikdən uzaq. İllərdir ingilis, rus və ya türkcə izləyirik filmləri ana dilimizdə izləməyin yeri tamam ayrıdır. Xüsusilə belə gözəl səsləndirmədə olanda. Uğurlar və təşəkkürlər "TvSeans" komandası.
1
cahandar   18.04.2023
super filmdir mutleq bax dostum
1
Abbasov Tərlan   08.02.2023
Əla filimdi izləməyə dəyər,
1
Xeyal   08.01.2023
Tvseans.sz saytında kinoya baxnlardan çox xahiş edirəm: baxdığınız filmlərə rəy bildirin. Qoy baxmaq istəyənlər rəylərə baxıb qərar verə bilsinlər.
Bu film çox möhtəşəm kinodur. 10 ballıq şkala ilə 9.5
4