Emma Stoun

Emma Stoun

Aktrisa

BİOQRAFİYA

Emma Stoun 6 noyabr 1988-ci ildə Arizona ştatının (ABŞ) Skottsdeyl şəhərində Kristi və Ceff Stounun ailəsində dünyaya göz açıb. Stounun 1990-cı il təvəllüdlü Spenser adlı qardaşı var. Ata babası əslən İsveçdən olub. 11 yaşı olanda "Valley Youth Theatre" teatrının üzvü kimi səhnədə rol alıb. Stoun həmçinin qızlar üçün "Xavier College Preparatory" katolik məktəbində təhsil alıb. 15 yaşı olanda anası ilə birlikdə Los-Ancelesə köçür. 2009-cu ildə Metyu MakKonahi və Cennifer Qarnerlə birlikdə “Keçmiş sevgilimin ruhu” komediyasında çəkilir. Emma 2011-ci ildə Castin Timberleyk və Milas Kunisin baş rolda çəkildiyi “Seksə görə dostluq” komediyasında epizodik rolda çəkilir. Elə həmin il Stiv Karell, Culianna Mur, Rayan Qoslinq və Marisa Tomeyin baş rolda çəkildiyi “Bu axmaq məhəbbət” komediyasının premyerası baş tutur. Həmin film ”Xalqın seçimi” mükafatına layiq görülür. 2012-ci ildə Stoun “Yeni Hörümçək Adam” filmində Piter Parkerin sevgilisi Qven Steysini canlandırır. Filmin çəkilişləri 2010-cu ilin dekabrında başlayır, 2011-ci ilin aprel ayında sona çatır. 2012-ci il iyulun 3-də isə premyerası olur. Stoun həmçinin Şon Penn, Coş Brolin, Entoni Maki, Covanni Ribizi və Maykl Penya ilə “Qanqster ovçuları” filmində iştirak edir. Aktrisa həmçinin Nikolas Keyc və Rayan Reynoldsla birlikdə "DreamWorks Animation SKG" şirkətinin “Mağara adamları” cizgi filminin səsləndirilməsində iştirak edib. 2014-cü ildə Emma yenidən Qven Steysi obrazı ilə “Yeni Hörümçək Adam. Yüksək gərginlik” filmində ekrana çıxır. Filmdəki rolu tənqidçilər tərəfindən bəyənilir. Bu rol Stouna “Sevimli aktrisa” kateqoriyasında "Kids Choice Awards" mükafatını qazandırır. Həmin il Vudi Allenin ”Ay işığının sehri” romantik komediyasının premyerası olur. Bu filmdə tərəf müqabili aktyor Kolin Fört idi. Alexandro Qonsalesin “Bördmen” komediyası 2014-cü ildə Stounun çəkildiyi sonuncu film idi. Film tənqidçilərin müsbət rəylərini qazanmaqla bərabər, eyni zamanda 87-ci "Oskar" mükafatının təqdimetmə mərasimində “İlin ən yaxşı” filmi elan olunur. Stoun isə "Oskar", "Qızıl Qlobus", BAFTA mükafatlarına namizəd olur. Aktrisa müğənni Teylor Sviftlə rəfiqədir. ”Yeni hörümçək adam” filminin çəkilişləri zamanı Endrü Qarfildlə görüşməyə başlayır. Mediada yayılan məlumata görə, 2015-ci ildə cütlük ayrılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Emma_Stone
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç