Mark Stronq

Mark Stronq

Aktyor

BİOQRAFİYA

Mark Stronq 30 avqust 1963-cü ildə Londonda (İngiltərə) anadan olub. Altı yaşı olanda çətin tərbiyə olunan uşaqlar üçün internata göndərilib. Məhz burada yaradıcılıqla məşğul olmağa başlayır. “Private party” rok qrupunda və məktəb teatrında iştirak edib. Məktəbi bitirdikdən sonra London Universitetində incəsənət və ədəbiyyat üzrə təhsil alıb. Birinci kursdan sonra hüquq elminə yiyələnmək üçün Münhenə gedir. Lakin bir ildən sonra dostunun məsləhəti ilə vətənə qayıdır və aktyorluq təhsilini davam etdirir, sonra Bristol Teatr Məktəbinə daxil olur. Mark Stronqun kino debütü gec olub. Teleseriallarda epizodik rollarda çəkilməyə başlayır, bir qədər sanballı rolu isə 30 yaşında “Əsas şübhəli 3” filmində müfəttiş Larrini canlandırmaq olur. Yalnız üç il sonra karyerasında irəliləyişə səbəb olacaq rola dəvət olunur. 1996-cı ildə Keyt Bekinseyl, Bernard Hepton və Mark Stronqun baş rolda iştirakı ilə Dyarmuid Lurensin “Emma” komediyası ekrana çıxır. Karyerasında irəliləyişlər olan aktyor təkcə vətənində deyil, eləcə də Hollivudda çəkilmək üçün dəvətlər almağa başlayır. Layza Marşalla ailə qurub və iki oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Mark_Stronq

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç