Pol Uolter Hauzer

Pol Uolter Hauzer

Aktyor

BİOQRAFİYA
Pol Uolter Hauzer - amerikalı aktyor və komikdir. Pol 15 oktyabr 1986-cı ildə ABŞ-ın Miçiqan ştatının Qrand-Rapids şəhərində anadan olub. Daha çox "Mən Tonyayam" filmində Şon Ekhard, "Virciniyaya nə olub?" (2010) filmində Deyl, "Kruella" kriminal komediyasında Horas və "Krallıq" serialında Kit rolu ilə tanınır.  Həmçinin Amazon-un "Betas" internet serialına çəkilib, tanınmış rejissor Spayk Linin "Qara klan üzvü" filmində Ayvenqo rolunu oynayıb. "Gecə növbəsi", "Supermarket", "Adam Karolla gecə efiri" kimi serial və komediya şoularına qonaq aktyor kimi dəvət olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Paul_Walter_Hauser
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç