Timoti Olifant

Timoti Olifant

Aktyor, prodüser

BİOQRAFİYA

Timoti Devid Olifant 21 may 1968-ci ildə Havayinin Honolulu şəhərində anadan olub. Uşaqlığı Kaliforniyada keçib. 1986 Fred S.Beyer adına orta məktəbi bitirib. Təhsilini Cənubi Kaliforniya Universitetində də davam etdirib. Orada incəsənət və teatr üzrə təhsil alıb. Tələbə olduğu illərdə üzgüçülük komandasında çıxış edib. Sərbəst 200 metr üzmə üzrə ABŞ milli turnirində finala qədər gedə bilib. Ali təhsili başa vurduqdan sonra Nyu-York şəhərinə köçüb. Orada yerli teatr tamaşalarında çıxış etməyə başlayıb. Uzun müddət Los-Ancelesin “Indie 103.1” radiostansiyasında aparıcı işləyib. Hazırda həm kino həm də televiziya seriallarına çəkilir. Daha çox “Hitmen” və “Məğlubedilməz” (2007) filmlərində oynadığı rollarla məşhurlaşıb. Həmçinin “Dedvud” (2004-2006) və “Ədalət” (2010) seriallarında canlandırdığı obrazlara görə tanınır. Timoti Olifant 19-cu əsrdə ABŞ-ın ən zəngin biznesmenlərindən olmuş Kornelius Vanderbiltin kötükcəsidir. 1991-ci ildə Olifant Aleksis Niflə ailə qurub. Cütlüyün 3 övladı var. Hazırda ailəsi ilə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Timothy_Olyphant

 

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç