Corc Drayer bir vaxtlar ulduz futbolçu idi. Həyatda istədiyi hər şeyə - uğura, var-dövlətə və ən əsası gözəl ailə qazanmağa nail olmuşdu. Ancaq idman karyerası şəxsi həyatı ilə “düz mütənasib” olduğundan, idman uğursuzluqları onun başına böyük dərdlər açır. Şəxsi həyatında böhran dövrü başlayır. Uzun müddət normal iş tapa bilmədiyindən, həyat yoldaşı ilə münasibətləri korlanır. Bütün bu problemlər məcmu şəklində onun boşanmasına gətirib çıxarır. Mövcud çətinliklərə rəğmən o sevimli oğlu Lüisə ata qayğısı göstərmək üçün əlindən gələni edir. Oğlunun oynadığı uşaq futbol komandasının məşqçisinin səriştəsiz olduğunu görərək, komandanı özü çalışdırmaq fikrinə düşür. Əvvəlki idman nailiyyətlərini nəzərə alıb ona şans verirlər. İşə canla-başla girişən Corc, qısa zamanda təkcə uşaqların deyil, həm də çoxsaylı tənha anaların “sevimlisinə” çevrilir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar