Cudi Qrir
Aktrisa, prodüser, rejissor, ssenarist
Cudi Qrir 20 iyul 1975-ci ildə Detroyt şəhərində (Miçiqan ştatı, ABŞ) anadan olub. “Qarışqa adam”, “Yursk dövrünün parkı”, ”27 toy” və “13-dən 30-a” filmlərində və “Həkim Haus”, “Böyük partlayış nəzəriyyəsi” seriallarında ikinci dərəcəli rolları ilə tanınıb. Cudi Qririn debüt işi “Stricken” (1998) qorxu filmi olub. Ardınca “Yalançı öpüş” (1998) dramında kiçik rol alır. 1999-cu ildə Cudi Darren Steynin “Qatil kraliçaları” qara komediyasında ilk baş rolda çəkilir. 2000-2001-ci ildə Cudi “Qadınlar nə istəyir” və Cennifer Lopez ilə “Toy təşkilatçısı” romantik komediyalarında çəkilib. 2002-ci ildə Nikolas Keyc və Meril Striplə “Adaptasiya” filminə, 2004-cü ildə Cennifer Qarner və Mark Ruffalo ilə “13-dən 30-a” filminə çəkilir. 2005-ci ildə Cudi rejissor Ues Kreyvonun mistik “Qulyabanılar” qorxu filmində, Orlando Blum, Kirsten Danst, Syuzen Sarandon və Alek Bolduin kimi aktyorlarla birlikdə “Elizabettaun” romantik komediyasında, 2006-ci ildə “Amerika arzusu” musiqi komediyasında çəkilib. 2008-ci ildə Cudi “27 toy” melodramında Keysi rolunu ifa edib. 2009-cu ildə “Təcili yardım” və “Həkim Haus” teleseriallarında epizodik rolda çəkilib. 2010-cu ildə Böyük partlayış nəzəriyyəsi” serialında rol alır. 2013-cü ildə Stiven Kinqin əsəri əsasında çəkilən “Kelli” dramatik trillerdə çəkilir. 2014-cü ildə “Meymunlar planeti: İnqilab” filmində Sezarın arvadı Korneliyanı oynayıb. 2015-ci ildə Cudi Qrir “Gələcək planeti”, “Yursk dövrü dünyası” və “Qarışqa adam” kimi üç böyük layihədə iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D1%80,_%D0%94%D0%B6%D1%83%D0%B4%D0%B8