Cerard Batler

Cerard Batler

Aktyor, prodüser

BİOQRAFİYA

Cerard Batler 13 noyabr 1969-cu ildə Şotlandiyanın Qlazqo şəhəri yaxınlığındakı Peysli şəhərciyində dünyaya gəlib. Cerard ailədəki üç uşaqdan ən kiçiyidir. 12 yaşından Qlazqoda Şotland Gənclər Teatrının tamaşalarında iştirak edir. Ancaq o, aktyor karyerasını davam etdirmir və Qlazqo Hüquq Universitetini yüksək qiymətlərlə bitirib vəkil köməkçisi işləyir. Bir neçə ildən sonra Batler hüquqşünas karyerasını yarımçıq qoyub Londona köçür və teatr aktyoru kimi fəaliyyətə başlayır. Çoxdan pərəstiş etdiyi məşhur "İynə üstündə" tamaşasında baş rollardan birinə dəvət alır. Kino debütü 1997-ci ildə, "Missis Braun" filmində baş tutur. Həmin il Bond filmləri silsiləsindən olan "Sabah heç zaman ölməyəcək" filmində epizodik rola çəkilir. Hunların tarixindən bəhs edən "Atilla" filmindəki obrazı ona məşhurluq qazandırıb. Bu rolda Batler ilk dəfə olaraq döyüşçü aktyor kimi özünü göstərir. "Atilla"nın uğurundan sonra Batler böyük layihələrə dəvət alır. O, "Lara Kroft" kinoseriyasının ikinci hissəsinə və "Alovun hakimiyyəti" döyüş filminə çəkilir. Ən məşhur rollarından birini 2004-cü ildə, Endrü Lloyd Vebberin eyniadlı müziklı əsasında ekranlaşdırılmış və Coel Şumaxerin çəkdiyi "Opera kabusu" filmində oynayır. Bu film onlarca mükafat alır və üç nominasiya üzrə "Oskar"a namizəd görülür. Maska altında gizlənmiş kabus rolu aktyora dünya şöhrəti gətirir. Bu filmdə vokal partiyaları Batler özü ifa edir. Növbəti bir neçə ildə Batler əvvəlki qədim döyüşçü ampluasında çıxış edir. "Beovulf və Qrendel" filmi ona elə də uğur qazandırmır. Cerard Batler boğulan bir oğlanı xilas etdiyinə görə "Cəsarət" medalı ilə təltif olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cerard_Batler

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç