Ketrin Zeta-Cons
Aktrisa, prodüser
Ketrin Zeta-Cons 25 sentyabr 1969-cu ildə Uelsin Suonsi şəhərində anadan olub. 14 yaşında televiziya şousunda iştirak etmək üçün dinləməyə dəvət olunur. Ketrin 1987-ci ildə Londonda "42-ci küçə" müziklında debüt edir. Bir ildən sonra aktrisaya Filipp de Brokun "1001 gecə" filmində Şəhrizad rolu təklif olunur. 1991-ci ildə Ketrin "Mayın sevimli qönçələri" televiziya serialına çəkilir və bu, aktrisaya böyük şöhrət gətirir. 2003-cü ildə Zeta Cons "Çikaqo" müziklında ikinci planda oynadığı rola görə "Oskar" mükafatı alır. Ketrin doğma Uelsdə öz şəxsi "Milkvud films" kinoşirkətinin əsasını qoyur. Aktrisanın məşhur işlərindən biri də "Zorro əfsanəsi" (2005) filmində Antonio Banderasla oynadığı rol olur. Ketrin Zeta-Cons Hollivud aktyoru Maykl Duqlasla evlidir. Onların iki uşağı - Dilan Maykl Duqlas (2002) adlı oğlu və Keris Zita Duqlas (2003) adlı qızları var. 2013-cü ildə Ketrin Zeta Cons və Maykl Duqlasın 13 illik ailə həyatının sona çatdığı xəbəri bütün dünyanı heyrətə gətirdi. Avqust ayının sonunda aktrisanın rəsmi nümayəndəsi bəyan etdi ki, cütlük müvəqqəti olaraq ayrı yaşamaq və münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib. Bundan əvvəl Amerika tabloidləri cütlüyün münasibətlərində gərginliyin olduğunu yazırdılar. Bir məlumata görə, Maykl Duqlas həyat yoldaşının psixi problemlərindən cana doymuşdu. Digər məlumata görə isə Ketrin ərinin daimi xəyanətlərindən yorulmuşdu. Noyabr ayında yayılan digər xəbərdə deyilirdi ki, onlar artıq Nyu-Yorkdakı evlərində birgə yaşayırlar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ketrin_Zeta-Cons