Dennis Kueyd

Dennis Kueyd

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA
Denni Uilyam Kueyd 9 aprel 1954-cü ildə ABŞ-ın Texas ştatının Hyüston şəhərində elektrik mühəndisi Uilyam Rudi Kueyd və daşınmaz əmlak agenti Xuanita Kueydin ailəsində dünyaya göz açıb. Dennisin böyük qardaşı Rendi Kueyddə aktyordur. Dennis “Bellaire High School” orta məktəbini bitirib. Hyuston universitetində teatr incəsənəti fakültəsində oxuyub, amma təhsilini yarımçıq buraxıb. Universitetdə təhsilini yarımçıq qoyduqdan sonra Los-Ancelesə köçüb. Əvvəlcə atraksiyon parkında kloun və ofisant kimi işləyir. Kinokaryerasına 1975-ci ildə epizodik rollarda çəkilməklə başlayıb. “Breaking Away” (1979) filmindəki rolundan sonra tənqidçilərin diqqətini cəlb edir. 1984-cü ildə “Yuxudan qaçış” fantastik trillerində baş rolu oynayıb. Filmdə baş qəhrəman öz ekstrasensor bacarıqları ilə ABŞ prezidentinin qorxulu yuxularına təsir etməyə çalışır. Növbəti çəkildiyi fantastik film - Barri Lonqierin eyniadlı povesti əsasında lentə alınmış “Mənim düşmənim” filmi olur. Aktyorun “uğur dalğasına” rejissor Co Dantenin “Daxili kosmos” adlı filmində oynadığı rolda öz töhfəsini verib. Filmin çəkilişlərində ikinci həyat yoldaşı aktrisa Meq Rayanla tanış olub. Filmdə çəkilməklə yanaşı Dennis bəstəkarlıqla da məşğuldur. Həmçinin asudə vaxtlarında “Köpəkbalıqları” qrupunda çıxış edir. 3 filmə saundtrek yazıb. 1980-ci illərdə bir neçə uğurlu kino layihəsində iştirak etdikdən sonra məşhurlaşıb. Post-Sovet məkanında “Mənim düşmənim” filminin ekranlara çıxmasından sonra tanınmağa başlayıb. Daha çox “Ertəsi gün” (The Day After Tomorrow), “Cənnətdən uzaqlarda” (Far From Heaven, 2002), “Tezlik” (Frequency, 2000), “Əla kampaniya” (In Good Company, 2004) filmlərində aldığı rolları ilə yadda qalıb. Karyerası ərzində 96 filmdə rol alıb. 2018-ci ildə rejissor Şon Maknamaranın “Reyqan” adlı bioqrafik dramda baş rola – sabiq ABŞ prezidenti Ronald Reyqan roluna çəkilib. 2002-ci ildə ekranlara çıxan “Cənnətdən uzaqlarda” filmində yaratdığı homoseksual kişi obrazına görə “Qızıl Qlobus” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dennis_Quaid

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç