Emma Loyd – həyatda və karyerasında kifayət qədər uğur qazanmış cazibədar bir xanımdır. İxtisasca psixoloqdur, kitab yazır və radioda şəxsi həyatında problemləri olan qadınlara tövsiyələr verir. Olduqca praqmatik qadın olduğundan, kişi ilə qadın arasındakı münasibətlərdə ehtiras və sevgiyə yox, sabitlik və dürüstlüyə üstünlük verir. Riçard adlı biznesmen nişanlısında arzuladığı bütün keyfiyyətlərin olduğuna əmindir. Amma toya hazırlaşdığı ərəfədə qeydiyyat şöbəsinin sənədlərinə əsasən artıq ərdə olduğunu öyrənir. Bundan şoka düşən Emma təsadüfi əri ilə tanış olub, məsələni aydınlaşdırmaq niyyətindədir. Onun çox az vaxtı var. Görəsən bu müəmmalı “ərlə” görüş nə ilə nəticələnəcək?...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar