Sem Şepard

Sem Şepard

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Semüel Şepard Rocers 5 noyabr 1943-cü ildə ABŞ-ın İllinoys ştatının Fort-Şeridan şəhərində anadan olub. Atası Semüel Şepard Rocers-kiçik müəllim və fermer işləyib. İkinci dünya müharibəsi zamanı ABŞ-ın hərbi hava qüvvələrində bombardmançı təyyarənin pilotu olub. Anası Ceyn Elen Çikaqodan olan müəllimə idi. Şepard 27 iyul 2017-ci ildə Kentukki ştatında 73 yaşında vəfat edib. Ölüm səbəbi kimi böyük amiotrifk sklerozunun fəsadlaşması göstərilir. Daha çox “Mad” (2012), “Avqust” (2013), “Qara Şahin Vurulub” (2001), “Cayıl Oğlanlar” (The Right Stuff, 1983) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 68 bədii film, televiziya filmi, serial və səsləndirmə rolu olub. 1979-cu ildə “Buried Child” pyesinə görə “ən yaxşı dram” nominasiyası “Pulitzer mükafatı” laureatı olub. 1984–cü ildə “Oskar”, 1985-ci ildə BAFTA, 1999-cu ildə “Emmi”, 2000-ci ildə “Qızıl Qlobus” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B5%D0%BF%D0%B0%D1%80%D0%B4,_%D0%A1%D1%8D%D0%BC

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç