Kolin Fört
Aktyor
Kolin Fört 10 sentyabr 1960-cı ildə Böyük Britaniyanın Qreyşott şəhərində anadan olub. Kolinin uşaqlığı missioner olan nənəsi və babasının metodist kilsədə çalışdığı Nigeriyada keçib. Beş yaşı olanda İngiltərəyə qayıdıb. Londonda Dramatik Mərkəzdə aktyorluq təhsili alıb. Elə orda da Culianna Mitçellin “Başqa ölkə” tamaşası ilə səhnədə debütü baş tutur. 1989-cu ildə Miloş Formanın Şarlo de Laklonun “Təhlükəli əlaqələr” romanı əsasında ekranlaşdırdığı “Valmon” filmində ikinci dərəcəli rolda oynayır. BBC telekanalının Ceyn Ostinin eyniadlı romanı əsasında çəkdiyi altı seriyalı “Qürur və qərəz” mini serialında baş qəhrəman - cənab Darsini canlandırır. Elə həmin adla "Qürur və qərəz"in müasir versiyası olan “Bricet Consun gündəliyi” filmində çəkilir. 1997-ci ildə italiyalı rejissor Liviya Gicioliya ilə ailə qurub. Cütlüyün iki oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kolin_F%C3%B6rt