Ceffri Din Morqan

Ceffri Din Morqan

Aktyor

BİOQRAFİYA
Ceffri Din Morqan 22 aprel 1966-cı ildə Sietldə (Vaşinqton ştatı, ABŞ) Sendi Tomas və Riçard Morqanın ailəsində anadan olub. 1984-cü ildə Morqan “Lake Washington High School” məktəbini bitirib. Ceffri peşəkar basketbolçu olmaq istəyirdi, ancaq travma aldıqdan sonra idmanı buraxır. Bir müddət o, rəssamlıq və yazıçılıqla məşğul olub. Los-Ancelesə köçəndən sonra Morqan kinostudiyaya gedir. Onun ilk rolu “Uncaged Campaigns” serialında olub. O, “Grey's Anatomy” və “Supernatural” kimi məşhur seriallarda çəkilib. Daha çox “Keşikçilər” (Watchmen – 2009), “Rempeyc” (Rampage – 2018), “Bəxbəxtlər” (2010) filmlərində və “Gəzən Ölülər” (2016-2018) serialında oynadığı rolları ilə yadda qalıb. Karyerası ərzində ümumilikdə 67 televiziya, bədii filmə və seriala çəkilib. 2009-cu ildən aktrisa Hilari Bertonla görüşməyə başlayıb. 2010-cu ilin martında onların Oqastus Morqan adlı oğulları dünyaya gəlib. 16 fevral 2018-ci ildə isə Corci Virciniya adlı qızları dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jeffrey_Dean_Morgan

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç