Justina Maçado

Justina Maçado

Aktrisa

BİOQRAFİYA

Justina Maçado 6 sentyabr 1972-ci ildə Çikaqo şəhərində (İllinoys ştatı) anadan olub. Valideynləri Puerto-Rikoludurlar. Orta təhsili başa vurduqdan sonra, 1990-cı ildə Nyu-Yorka köçüb. Orada aktyorluq kurslarına gedib və aktrisa peşəsinə yiyələnib. Tezliklə ona Kaliforniya ştatında Los-Anceles telekanalında iş təklif olunur. 1996-cı ildə “Nyu-York polisi” serialında debüt edir. Növbəti “O gözəldir” filminə çəkilib, həmçinin “Təcili Yardım” serialının bir epizodunda görüntülənib. Tammetrajlı bədii filmlər arasında “Cırcırama”, “Tam təzahürü ilə”, “Təyinat Nöqtəsi 2”, “Fırlanan an”, “Balaca qaçaq”, “Deyəsən arvadımı sevirəm”, “Təsadüfi Ər”, “Pedro” və “Elektrik Dumanda” filmini misal göstərmək olar. Maçado daha çox HBO telekanalının “Müştəri hər zaman ölüdür” serialında canlandırdığı Vanessa Dias obrazı ilə şöhrət qazanıb. Həmin rol ona ABŞ kinoaktyorları Gildiyasının mükafatını qazandırıb (2004). 2001-2005-ci illərdə serialın daimi aktyor heyətinə daxil olub. Paralel olaraq Lifetime telekanalının “Cagüdərlik missiyası” serialına çəkilib (2003-2004). Habelə bir mövsümdən sonra həmin serialı tərk edib. “Müştəri hər zaman ölüdür” serialının çəkilişlərinin başa çatmasından sonra “Kabuslarla danışan”, “Ehtiras anatomiyası”, “Axmaq qız”, “Qara Nişan”, “Sümüklə”, “Qoruyucu”, “Düşkün evdar xanımlar” kimi seriallarda rol alıb. 2009-cu ildə “Təcili Yardım” serialının sonuncu mövsümündə ikinci dərəcəli rolu olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Justina_Machado

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç