Nyu-York Bandası ( Gangs of New York 2002 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, Böyük Britaniya, Hollandiya, Almaniya, İtaliya, 18+
Nyu-York Bandası Gangs of New York
167 dəq.
az, ru, en
720p, 360p
Kriminal Kəskin Dram Tarixi
7 TvSeans   7.5 IMDb   7.7 Kinopoisk  

Təsvir

1846-cı ildə Manhettenin “Beş Küçə” rayonunda yerli, ultra-millətçi dəstələrlə, çoxsaylı təzyiqlər və irqi ayrıseçkiliklə üzləşən mühacirlər arasında kütləvi toqquşma baş verir. Döyüşün gedişatında millətçilərə başçılıq edən Qəssab Bil Kattinq mühacir dəstələrin başçısı “Keşiş” Vallonu qanına qəltan edir. Atasının öldüyü anı gözləri ilə görən azyaşlı Amsterdam, hüquq mühafizə orqanlarının əməliyyatından sonra islah-əmək müəssisəsinə düşür. 16 il vaxt ötür. Atletik bədənli və yaraşıqlı gəncə çevrilən Amsterdam doğma şəhərinə geri dönür. Bütün illər ərzində qisas yanğısı ilə yaşayan Amsterdam təsadüfən uşaqlıq dostu Conni Sirokko ilə rastlaşır. Sirokko ona şəhərdə artıq əsl qanqsterə çevrilmiş, siyasətçilər və məmurların belə çəkindiyi Qəssab Bilə yaxınlaşmaqda köməklik edir. Amsterdam kimliyini gizli saxlayır və cəsurluğu ilə qısa müddət ərzində düşməninin etibarını qazanır, onun yaxın silahdaşlarından birinə çevrilir. Ancaq uzun illər götür-qoy etdiyi sui-qəsd planı alt-üst olur və Amsterdamın kimliyi bəlli olur. İndi atasının qanının yerdə qalmaması üçün yeganə yol düşmənlə açıq mübarizə aparmaqdır...

Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç