Cim Brodbent 24 may 1949-cu ildə İngiltərənin Linkolin şəhərində (Linkolinşir qraflığı) sənətkar ailəsində dünyaya göz açıb. Anası Di Brodbent heykəltəraş olub, atası Roy isə heykəltaraşlıqdan savayı interyer dizaynı ilə məşğul olub və mebel ustası olub. Hər ikisi “Lindseyin kənd aktyorları” həvəskar teatr truppasında çıxış ediblər. Brodbent kvaker təriqətindən olan xristian məktəbində oxuyub (Redinq şəhəri) daha sonra incəsənət kollecinə daxil olub. Təhsilini London Muqisi və Dram İncəsənət Akademiyasında davam etdirib. 1972-ci ildə məzun olub. Brodbentin kino aktyorluğuna aparan yolu teatr səhnəsindən keçib. “Brent Milli Teatrında” tanınmış aktyor Patrik Barloun köməkçisi olub, daha çox ikinci dərəcəli kişi və qadın rollarında çıxış edib. Daha sonra Kral Milli Teatrında (Royal National Theatre) və Kral Saray Teatrında aktyor fəaliyyətini davam etdirib. 1987-ci ildə teatr kostyumları dizayneri Anastasiya Lüislə ailə qurub. Tez-tez ABŞ-a çəkilişlə əlaqədar səfərlər etməsinə baxmayaraq, həyat yoldaşı ilə Londonda yaşayır. Brodbent valideynlərinin bir vaxt çıxış etdiyi “Lindseyin kənd aktyorları” teatr truppasının fəxri prezidentidir. Britaniyalı aktyor “Oskar” (2002), “Qızıl Qlobus” (2002, 2008), BAFTA (2002, 2007), “Emmi” (2002, 2007) mükafatlarına layiq görülüb. Cim Brodbent müasir Britaniya kinematoqrafiyasının ən tələb olunan aktyorlarındandır. “Mulen Ruj!”, “Ayris”, “Bricet Consun gündəliyi”, “Dumanlı Atlas”, “Harri Potter” filmlərinə və “Taxt-tac oyunları” seriallarında oynadığı rollarla şöhrət qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jim_Broadbent