Brendan Qlison

Brendan Qlison

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA
Brendan Qlison 29 mart 1955-ci ildə Dublində (İrlandiya) anadan olub. İrlandiyalı teatr, film aktyoru, ssenarist və rejissordur. Aktyor Donal Qlisonun atasıdır. Brendan Qlison filmdə aktyor kimi debütünü olduqca gec, 1990-cı ildə “Field” filmindəki kiçik rolu ilə edib. Bir müddət filmlərdə ikinci dərəcəli rollardan sonra Mel Gibson onu görür və “Cəsur ürək” filmində çəkilməyi təklif edir. Bu filmdən sonra aktyor məşhurlaşır və beləliklə, Hollivud karyerası başlayır. Aktyora dünya şöhrətini gətirən rolu isə “In Bruges” filmindəki obrazı olub. Bu rola görə Qlison “Qızıl Qlobus” mükafatına layiq görülüb. Bundan əlavə, o "Ən yaxşı kişi rolu"na görə “Emmi” mükafatının da sahibidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Brendan_Gleeson

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç