Henri Tomas

Henri Tomas

Aktyor

BİOQRAFİYA

Henri Cekson Tomas 9 sentyabr 1971-ci ildə San-Antonio şəhərində (Texas ştatı, ABŞ) dünyaya göz açıb. Atası mexanik, anası evdar xanım olub. Henri ailənin yeganə övladıdır. Beş yaşından aktyor olmağı arzulayıb və artıq səkkiz yaşı olanda anasını dilə tutaraq onu kastinqlərə aparmağa inandırır. Doqquz yaşından filmlərə çəkilir. Nəticədə 1981-ci ildə “Avara” filmində kino debütünü edir. Həmçinin yerli televiziya filmindən birində ona epizodik rol verirlər. Henri öz istedadı ilə görkəmli rejissor Stiven Spilberqin diqqətini çəkir və onu, filmoqrafiyasında xüsusi yer tutan “Yadplanetli” filminin kastinqinə dəvət edir. Seçimlər zamanı ondan qəmgin obraz yaratmağı xahiş ediblər. Henri bunun üçün itinin öldüyü günü xatırlayıb. Elə zavallı görkəm alıb ki, Spilberqin özünü ağlamaq tutub və ona baş rolu həvalə ediblər. Film böyük kassa uğuru və tənqidçilərin rəğbətini qazanıb. Gənclik illərində çəkildiyi filmlərdə daha çox ikinci plan rollarda oynayıb. Henri Tomas eyni zamanda mahnılar bəstələyir, müğənnilik edir və gitarada ifa edir. 2000-ci ildə Kelli Hillə evlənib. İki ildən sonra tərəflər münasibətlərini rəsmi şəkildə pozub. 2004-2007-ci illərdə isə alman aktrisa Mari Silke ilə evli olub. Birgə nikahdan Heyzel adlı qızları var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Henry_Thomas

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç