Liam Nison

Liam Nison

Aktyor

BİOQRAFİYA
Liam Nison 7 iyun 1952-ci ildə Şimali İrlandiyada doğulub. Məktəb illərində boksla maraqlanıb, hətta burnu da sınıb. İdman karyerasını boks növündə uğurla davam etdirməsinə baxmayaraq, onun ikinci arzusu teatrda işləmək idi. Liam Nison Krallıq Universitetini bitirdikdən sonra teatr truppasında kiçik səhnələrdə rol alır. 1970-ci illərin sonlarından başlayaraq filmlərdə çəkilməyə başlayır. 1986-cı ildə Liam "Əgər sabah açılarsa" mini-serialına çəkilir. Bu mini-serial onun karyerasında ən uğurlu filmlərdən biridir. 1999-cu ildə "Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi" filminə çəkilərək məşhurluq qazanır. Liama şöhrət qazandıran “Şindlerin siyahısı” filmindəki Oskar Şindler rolu olur. Bu filmdən sonra o, bir çox məşhur filmlərdə rol alır. Liam Nison 1994-2009-cu illər ərzində ingilis əsilli ABŞ aktrisası Nataşa Riçardsonla ailə həyatı qurur. Amma Nataşa 2009-cu ildə "Qarlı dağ" adlanan kurortda başına kaska qoymadan hərəkət etdiyi zaman ağır travma alır. Həkimlərin köməyini istəməyən Nataşa koma vəziyyətinə düşür və bir müddət sonra xəstəxanada ailəsinin yanında vəfat edir. Nataşanın Liamdan iki oğlu - Deniel və Maykl adlı övladları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Liam_Nison
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç