Cey Koks
Ssenarist
Cey Koks 12 yanvar 1944-cü ildə ABŞ-da anadan olub. Kenyon kollecini bitirib. Ssenarist olana qədər “Time”, “Newsweek” və “Rolling Stone” kimi jurnallarda çalışıb, filmlərin tənqidi ilə məşğul olub. Ssenarist olaraq ən əlamətdar filmləri “Məsumluq dövrü” və “Nyu-York bandası” sayılır. 2002-ci ildə istehsal olunan, rejissor Martin Skorsezenin “Nyu-York Bandası” kriminal dramının ssenarisi üzərində hələ 1976-cı ildə işləməyə başlayıb. Karyerası ərzində ümumilikdə 7 filmə ssenari yazıb. Son filmi – tarixi hadisələr əsasında lentə alınmış “Susqunluq” dramıdır və baş rola Liam Nison çəkilib. 2016-cı ildə dünya premyerası baş tutan film xristian missionerlərə Yaponiyada verilən işgəncələrdən və əqidələrinə görə canlarından keçən rahiblərdən bəhs edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BA%D1%81,_%D0%94%D0%B6%D0%B5%D0%B9