"Zombieland 2: Double Tap"dan Altı Yeni Tanıtım Treyleri!

09 Oktyabr, 2019

Zombieland’in Emma Stoun (Emma Stone), Cessi Ayzenberq (Jesse Eisenberg), Vudi Harrelson (Woody Harrelson) və  Ebigeyl Breslin (Abigail Breslin) yenidən bir araya gətirən davam filmi Zombieland: Double Tap’dan altı yeni tanıtım treyleri yayımlandı.
Zombi hekayələrini gülməli bir dillə ələ alan Zombielandin, 2009-cu ildə premyerası olduğunda filmsevərlər tərəfindən bəyənilmişdi və bu vəziyyət bir davam filmi çəkilmə ehtimalını artırmışdı. O gündən bəri gündəmdə olan “Zombieland 2”nin həyata keçməsi gözləniləndən daha uzun davam etmiş olsa da, sonunda o gözləmə sona çatır. Zombieland’in orijinal komandasını yenidən bir araya gətirən davam filmi Zombieland: Double Tap, bu il filmsevərlərin ixtiyarına veriləcək.

Emma Stoun (Emma Stone), Cessi Ayzenberq (Jesse Eisenberg), Vudi Harrelson (Woody Harrelson) və Ebigeyl Breslini (Abigail Breslin) yenidən bir araya gətirən Zombieland: Double Tap üçün tanıtım işlərini davam etdirən Sony Pictures Entertainment, filmdən altı yeni tanıtım treyleri yayımladı. Hər nə qədər fərqli başlıqlar üzərindən iləriləsələr də bu treylerlərdə ümumilikdə eyni səhnələrdən görüntülərin istifadə olunması diqqət çəkir. Sony beləcə bir yandan filmin tanıtımı üçün yeni materiallar paylaşarkən, bir yandan da film haqqında çok detal verməkdən çəkinir ki treylerlərin çox vaxt  artıq detal verdiyi bugünkü gündə olduqca uğurlu bir strategiyadır.

Похожее изображение

Zombieland ilə çıxış etdikdən sonra Deadpool filmlərinin ssenaristləri olaraq adlarından söz etdirəın Pol Vernik (Paul Wernick) və Rett Rizin (Rhett Reese) ssenarisini qələmə aldığı Zombieland: Double Tap’in rejissor kürsüsündə Ruben Fleyşer (Ruben Fleischer) oturur. Fleischer son olaraq Tom Hardili (Tom Hardy) Venom filminə imza atmışdı.

Davam filmində Stoun, Cessi Ayzenberq (Jesse Eisenberg), Vudi Harrelson (Woody Harrelson) və Ebigeyl Breslinə (Abigail Breslin) Rozario Douson (Rosario Dawson), Den Eykroyd (Dan Aykroyd), Zoi Doyç (Zoey Deutch), Avan Jogia, Luke WilsonThomas Middleditch də qatılır. Bundan əlavə ilk filmdə zombi olaraq yer alaraq xoş bir sürprizə imza atan Bill Murray‘nin də davam filmində yer alması gözlənilir.

Zombieland: Double Tap’da, ilk filmdən tanıdığımız dört xarakter zombi işğalına uğramış bir dünyada Ağ Evdən Amerikanın ürəyinə doğru səyahət edir. Dördlük bu səyahətdə həm illər içində inkişaf etməli, daha da inkişaf edən zombilərlə həm də həyatda qalmağı bacaran digər insanların da öhdəsindən gəlməyi bacarmalıdır. Ancaq xarakterlərin aşması lazım gələn ən büyük çətinlik meydana gətirdikləri bu məcburi ailəni bir yerdə saxlamaqdır. Zombieland: Double Tap’ın ABŞ-da 18 oktyabrda premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər