Pol Vernik

Pol Vernik

Prodüser, ssenarist

BİOQRAFİYA

Pol Vernik 1950-ci ildə Torontoda (Kanada) anadan olub. Vernik həmkarı Rett Rizlə “Dedpul” filminin və sikvelinin ssenarisini yazıb və prodüserlik edib. Rayan Reynoldsun baş rola çəkildiyi filmin birinci hissəsi 2016, sikveli isə 2018-ci ildə ekranlara çıxıb. Verniklə Rizin tammetrajlı kinoda ilk əməkdaşlığı 2009-cu ildə “Zombilendə xoş gəlmisiniz” filmində baş tutub. "Sony Pictures" şirkəti horro-komediya janrında olan filmi 2009-cu ildə kinoteatrlarda nümayişə çıxarıb. Zombilər haqqında kino tarixinin ən gəlirli filmlərindən olub. Vernik və Riz daha sonra “Kobra atışı 2” filminə ssenari yazıb. 2013-cü ildə ekranlara çıxan filmdə baş rola Brüs Uillis və Çenninq Teytum kimi ulduzlar çəkilib. Sikvel prikveli üstələyərək 400 milyon dollara yaxın gəlir əldə edib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Paul_Wernick

 

 

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç