Ruben Fleyşer
Rejissor, prodüser, ssenarist
Ruben Fleyşer 31 oktyabr 1974-cü ildə ABŞ-ın Vaşinqton şəhərində anadan olub. Ueslinsk universitetini bitirdikdən sonra San-Fransisko şəhərinə köçüb. Orada ştatdan kənar HTML proqramçı olaraq işə düzəlib. Daha sonra reklam çarxları, ardınca isə musiqi klipləri çəkməyə başlayıb. 2009-cu ildə tammetrajlı kinodebütünü “Zombilend” post-appokaliptik zombi komediyası ilə gerçəkləşdirib. Film ona böyük uğur qazandırıb. İkinci filmi – “Yarım saata çatdırmalı” 2011-ci ildə böyük ekranlara çıxıb. Növbəti filmi “Qanqster ovçuları” kriminal dramı olub. Filmin dünya premyerası 2013-cü ildə baş tutub. “Zombilend” horror komediyasının rejissoru kimi şöhrət qazanıb. Film tamaşaçıların və kino tənqidçilərinin müsbət rəylərini qazanıb. Eyni zamanda “Yarım saata çatdırmalı” və “Qanqster ovçuları” filmlərinə görə tanınır. Böyük kinoya gəlişindən əvvəl reklam çarxları və musiqi klipləri çəkməklə məşğul olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ruben_Fleischer