Tom Hardi
Aktyor, prodüser
Tom Hardi 15 sentyabr 1977-ci ildə Londonda (İngiltərə) anadan olub. Evin yeganə övladı olan Tom İst-Şində boya-başa çatıb. Anası rəssam idi, atası isə komediya yazırdı. Hardi "Rids" və "Tauer-Haus"da oxuyub, Riçmond teatr məktəbini bitirdikdən sonra isə London Dram Mərkəzinə daxil olub. Karyerasına hərbi dramlarda çəkilməklə başlayır. İlk işi “Silah qardaşları” serialında ABŞ ordusunun sıravi əsgəri Con Yanoviç obrazı olur. Kino debütü isə Ridli Skottun “Qara şahin” hərbi trillerində baş tutur. Karyerasının ilk uğurlu işi 2002-ci ildə “Ulduz yolu. Qisas” filmində Reman Pretor Şinzon obrazı olub. 2007-ci ildə real hadisələrə əsaslanan "Stuart: A Life Backwards" teledramında çəkilir. 2008-ci ilin sentyabrında Qay Riçinin “Rok-n-rolçu” filmində quldur dəstəsinin üzvü, yaraşıqlı Bob obrazında çəkilir. Hardi 2009-cu ildə həyatının çox hissəsini tək kamerada keçirən məhkum Çarlz Bronsondan bəhs edən “Bronson” filmində çəkilib. Tom Hardi Kristofer Nolanın “Başlanğıc” elmi-fantastik trillerində əsas personajlardan biri olan İmsini canlandırıb. 2012-ci ildə Kristofer Nolanın “Qara cəngavər. Əfsanənin dirilişi” trilogiyasında superqəddar Beyni oynayır. 2015-ci ildə Tomun iştirakı ilə kifayət qədər uğur qazanan “44 nömrəli uşaq”, “Dəlisov Maks: Qəzəb yolu”, “Əfsanə” və “Sağ qalmış” filmləri çıxır. 2017-ci ilin əvvəlində Stiv Naytla müştərək olaraq, "Hardy, Son & Baker" şirkətinin istehsalı olan “Tabu” serialında baş rolda çəkilir. Aktyor “Ulduz döyüşçüləri” filminin 8-ci hissəsində epizodik rolda çəkilib. 1999-cu ildə Sara Uordla ailə qurur və beş il sonra cütlük ayrılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tom_Hardy