Zoi Doyç
Aktrisa, prodüser
Zoi Frensis Tompson Doyç 10 noyabr 1994–cü ildə Kaliforniya ştatının Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub amerikalı aktrisadır. Kinoda 2010-cu ildə debüt edib. Doyç “Oxşar” və “Hər şey tip-top və ya Göyərtədə həyat” teleseriallarındakı rolları ilə tanınıb. Daha çox “Vampirlərin akademiyası” filmində Roza Hezevey rolu ilə tanınıb. Zoi Doyç aktrisa Lia Tompson və kinorejissor Hovard Doyçun ailəsində dünyaya göz açıb. Doyçun karyerası 2010-cu ildə başlayıb. Disney telekanalında “Hər şey tip-top və ya Göyərtədə həyat” teleseriallarında çəkilib. 2013-cü ildə “Gözəl varlıqlar” filmində Emili Aşer rolunda çəkilib. 2013-cü ilin fevralında aktrisanın amerikalı yazıçı Rayçel Midin “Vampirlər akademiyası” romanlar seriyasının ekran işində Rozmari Hezevey roluna seçildiyi məlum olub. 17 dekabr 2016-cı ildə ABŞ “Niyə o?” komediya bədii filmində Stefani Fleminq rolunda çəkilib. 2016-cı ilin yanvarında “Yüngül davranışlı baba” adlı filmdə rol alıb. 2017-ci ildə “Zaman matrisi” filmində baş rolda çəkilib. Film Loren Oliverin “Mən yıxılmamışdan öncə” romanına əsaslanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%B9%D1%87,_%D0%97%D0%BE%D0%B8