Vudi Harrelson

Vudi Harrelson

Aktyor

BİOQRAFİYA

Vudrou Treysi (Vudi) Harrelson 23 iyul 1961-ci ildə ABŞ-ın Texas ştatının Midlend şəhərində dünyaya gəlib. Valideynləri 1964-cü ildə Vudinin 3 yaşı olanda boşanıb. Ailənin ortancıl oğlu olub. Yeddi yaşı olanda atası qətl törətdiyinə görə həbs olunub. 10 ildən sonra Çarlz Harrelson dairə hakimi Conatan Vudu öldürdüyünə görə ömürlük həbs cəzası alıb. 1973-cü ildə Vudrou anasının qaldığı Libenon şəhərinə köçür. Orada böyüyür. Orta məktəbi bitirdikdən sonra İndiana ştatının Hannover kollecində ingilis dili və aktyorluq sənəti üzrə təhsil alıb. 1983-cü ildə bakalavr dərəcəsi əldə edib. “Şən Kampaniya” komediya serialında oynadığı Vudi Boyd rolu ilə məşhurlaşıb. Kinoda ilk əlamətdar rolu, “Ağdərili insanlar hoppana bilmir” filmində oynadığı rolu sayılır. Həmçinin 1994-cü ildə Oliver Stounun lentə aldığı “Anadangəlmə qatillər” (Natural Born Killers) oynadığı silsilə qatil Mikki Noks rolu ona böyük uğur gətirib. Bundan başqa “Dövlət Larri Flintə qarşı” (1996) filmində jurnal redaktoru Larri Flint, “Kampanyonlar” filmində kantri müğənnisi Dasti, “Qocaların yeri deyil” (No Country For Old Man) filmində insan “ovçusu” Karson Uells rolunu oynayıb. “Zombilend” horror-komediyasında zombi qatili, “Yeddi ömür” filmində kor pianoçu Ezra Törner rollarına görə tanınır. Həmçinin “Aclıq oyunları” (2012) və onun sikvellərində Heymitç Ebernet, “Yeddi dəli” (2012) filmində Çarli Kastello, “Yalanın illüziyası” (2013) filmində və onun sikvelində Merrit Makkini, “A – komandası” filmində Merdok rolunda çıxış edib. Şəxsi həyatına gəlincə Vudi Harrelson rəsmən iki dəfə evli olub. 1985-ci ildə tanınmış dramaturq Nil Saymonun qızı Nensi Saymonla evlənib. Saymonla boşandıqdan sonra 25 dekabr 2008-ci ildə ikinci dəfə - keçmiş assistenti Lora Lui ilə evlənib. 3 qız övladı var. Veqanizm və marixuananın leqallaşdırılmasının tərəfdarıdır. Özünü anarxist hesab edir. “Emmi” mükafatı laureatıdır (1989). Üç dəfə “Oskar” mükafatına (1997,2010, 2018), dörd dəfə “Qızıl Qlobus” mükafatına (1997, 2010, 2013, 2015) namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Woody_Harrelson


FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç