Cessi Ayzenberq 5 oktyabr 1983-cü ildə Kuinsdə (Nyu-York ştatı, ABŞ) Ukrayna və Polşadan olan yəhudi mühacirlərin ailəsində anadan olub. O, İst-Brunsvik orta məktəbində təhsil alıb. Sonra Nyu-York universitetinə daxil olmaq istəyir, ancaq fikrini dəyişir. “Yeni məktəb” universitetinə daxil olur. 1996-cı ildə Ayzenberq populyar musiqi qrupu "The Broadway Kids"in üzvü olur. 1999-cu ildə məktəbdə ikən “Özün kimi ol” serialında rol alır. 2001-ci ildə “Lightning: Fire from the Sky” televiziya filmində çəkilir. Sonra “Qadınların sevimlisi” filmində çəkilir və San-Diyeqo kinofestivalında mükafata layiq görülür. Sonrakı illərdə Ayzenberq teatrda işləməyə başlayıb. 2007-ci ildə Riçard Girlə birlikdə “The Hunting Party” filmində çəkilib. 2010-cu ildə bacısı ilə birlikdə “Holy Rollers” filmində rol alır. Elə həmin il ”Sosial şəbəkə” filmi çıxır. Burada aktyor “Facebook”un yaradıcısı Mark Zukenberqi canlandırır. Bu rola görə aktyor “Qızıl Qlobus” və “Oskar” mükafatlarına namizəd olub. 2002-2012-ci illərdə özündən altı yaş böyük olan prodüser köməkçisi Anna Strautla görüşüb. 2013-2015-ci illərdə aktrisa Mia Vasikovska ilə görüşüb. 2015-ci ildə yenidən Anna Strautla görüşməyə başlayır. 2017-ci ildə cütlüyün oğlu dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jesse_Eisenberg