"Zombieland 2: Double Tap" Filminin İlk Treyleri Çıxdı!

29 Iyul, 2019


Maraqla gözlənilən “Zombieland 2: Double Tap” filmindən ilk treyler yayımlandı. Rejissorluğunu ilk filmdə olduğu kimi Venom, 30 Minutes or Less, "Qanqster ovçuları" (Gangster Squad) kimi filmlərdə imzası olan Ruben Fleyşerin (Ruben Fleischer) üstləndiyi davam filmi "Zombieland 2: Double Tap", əsas janrı qorxu-komediya olan "Zombilənd" (Zombieland) filmindən tam 10 il sonra seriyaya yenidən həyat verməyi umur.

Davam halqasında da filmin baş rolları dəyişmir. Batman V Superman, Sehrbazlar Dəstəsi kimi filmlərdən tanıdığımız, 2011-ci ildə “Oskar”a namizəd göstərilən Cessi Ayzenberq (Jesse Eisenberg); La La Land, "Favori" (The Favourite), Birdman kimi filmlərdə izlədiyimiz “Oskar”a namizəd gözəl aktrisa Emma Stoun (Emma Stone); "Ebbinq, Missuri sərhədində üç lövhə" (Three Billboards Outside Ebbing Missouri), Aclıq Oyunları seriyası, "Solo: Ulduz müharibələri hekayəti" (Solo: A Star Wars Story), Skandalın Adı Larry Flynt kimi filmlərin üç “Oskar” namizədliyi olan peşəkar aktyor Vudi Harrelson (Woody Harrelson) və Little Miss Sunshine, Ailə Sirləri, İşarələr kimi filmlərdə izləmə fürsəti tapdığımız “Oskar”a namizəd gənc aktyor Ebigeyl Breslin (Abigail Breslin) bir dəfə daha filmin baş rollarını üstlənirlər.

Zombieland: Double Tap Might Be Teasing a Trailer Coming Soon ile ilgili görsel sonucu

Filmdə əsas dörtlüyü Ağ Saraya köçərkən görürük. Keçən 10 il müddətində fərqli evlərdə qonaqlayan komanda, ən sonunda ən yaxşı ev olan Ağ Saraya köçməyə qərar verir. Keçən 10 il içində zombilər də getdikcə fərqli növlərə ayrılırlar. Komandaya ən çox sıxıntı yaradacaq  olan zombi növü isə daha sürətli, daha ağıllı və daha güclü olan “T-800” növü zombilər olur.


Bundan əlavə filmin aktyor heyətində; Ghostbusters, Rushmore, "Tərcümənin çətinlikləri" (Lost In Translation), Fantastic Mr. Fox, City of Ember, Broken Flowers kimi filmlərdən tanıdığımız, “Qızıl Qlobus”un sahibi aktyor Bill Mürrey (Bill Murray), “Silicon Valley” ilə “Emmi”yə namizədlik əldə edən Thomas Middleditch, "Now Apocalypse" serialının ulduzu Avan Jogia, Netflix istehsalı “Set It Up” filmində izlədiyimiz gözəl aktrisa Zoey DeutchBlues Brothers'dan tanıdığımız, “Oskar”a namizəd və “Emmi” mükafatının sahibi aktyor Den Eykroyd (Dan Aykroyd) da yer alır. Maraqla gözlənilən filmin ssenarisini isə Dave Callaham, Rett Riz (Rhett Reese) və Pol Vernik (Paul Wernick) kimi adlar qələmə alıb. 23.6 milyon dollarlıq büdcəsinə qarşılıq olaraq bütün dünyada 102 milyon dollar kassa gəliri əldə edib.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər