Filmdə hadisələr uzaq gələcəkdə - 2029-ci ildə baş verir. Kompüter şəbəkəsi və kiber-texnologiyalar o qədər inkişaf edib ki, bədəninə neyron implant yeridilməmiş insan demək olar qalmayıb. Bu implantlar insan üçün inanılmaz imkanlar açır, bəşər övladına rahat və qayğısız həyat nəsib edir. Ancaq üstünlükləri kimi mənfi cəhəti də var. İnsan beyni kiber-hücumlara həssas olur. 9 saylı şöbə - İctimai Təhlükəsizlik Bürosunun xüsusi bölməsidir. Ən müasir texnologiyalarla təchiz olunan şöbə bu kimi cinayətlərin araşdırılması və qarşısının alınması ilə məşğul olur. Onların başlıca məqsədi uzun müddət axtarışda olan və öz cinayət tərkibli əməlləri ilə siyasətə qarışan “Kukla oynadan” adlı təhlükəli hakeri saxlamaqdır. O həqiqətənmi cinayətkardır, yoxsa sadəcə çoxlarının bilmədiyi həqiqəti üzə çıxarmağa çalışır?
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar