Siro Masamune

Siro Masamune

Ssenarist, rejissor

BİOQRAFİYA

Siro Masamune 23 noyabr 1961-ci ildə Yaponiyanın Kobe şəhərində anadan olub. Yaponiyalı yazıçı, ssenarist, manqa rəssamıdır. Əsl adı Ota Masanoridir. Təxəllüsünün birinci adını məşhur yapon silah ustası Masamunedən götürüb. Başqa bir versiyaya görə Masamune Kobe şəhərində ən popular sake meyxanası olub. Siro isə samuray sözündən formalaşıb. Sio ən çox “Dəbilqəli Kabus” filminə görə məşhurlaşıb. Onun əsasında iki film, iki teleserial, canlı teatr tamaşası və bir neçə video oyun ərsəyə gəlib. 2017-ci ildə rejissor Rupert Sanders baş rolda Skarlett Yohansonun oynadığı eyni adlı elmi-fantastik bədii filmi çəkib. Siro eyni zamanda erotik incəsənət əsərlərinin müəllifi kimi tanınır. Osaka İncəsənət Universitetinin məzunudur və yağlı boyakarlıq üzrə təhsil alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Masamune_Shirow

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç