Takeşi Kitano
Aktyor, ssenarist, prodüser, rejissor
Takeşi Kitano 18 yanvar 1947-ci ildə Adaçidə (Tokio, Yaponiya) anadan olub. Kinorejissorluqdan başqa bütün işlərində “Beat Takeshi” təxəllüsündən istifadə edir. Aktyor olaraq ona şöhrət qazandırmış əsas proyektlər “Conni Mnemonik”, “Zatoiçi” (2003), “Atəşfəşanlıq” (1997), “Yakudzanın qardaşı” (2000), “Kikuciro” (1999), “Hərc-mərclik” (2010), “Tam hərcmərclik” (2012) filmləridir. Los-Ancelesdə lentə aldığı “Yakudzanın qardaşı” filminə ssenaristlik və prodüserlik edib, eyni zamanda baş rola Yaponiyadan ABŞ-a köçmüş və öz narko imperiyasını qurmağa çalışan yakudza roluna çəkilib. Kitanonun bu filmi ABŞ və digər Qərb ölkələrində böyük tamaşaçı rəğbəti qazanıb. 2002-ci ildə çəkdiyi “Kuklalar” filminə özü çəkilməyib və burada üç ayrı məhəbbət hekayəsindən bəhs edilir, sonradan bu hekayələr vahid süjet xəttində birləşir. “Kuklalar” Kitanonun vizual baxımdan ən cəlbedici filmlərindən sayılır. Ölkə xaricində uğur qazansa da, vətənində tənqid atəşinə tuş gəlib. Yerli media onun “Fəvvarə” və “Sonatina” filmlərinin uğurundan sonra “yaxşı” film ortaya qoya bilmədiyindən gileylənib. Kitano “düşmənləri” və sənətini gözü götürməyənləri, 2003-cü ildə lentə aldığı və baş rola çəkildiyi “Zatoiçi” filmi ilə susdurub. Film çoxsaylı kinomükafatlar qazanıb. 2017-ci ildə Takeşi aktyor olaraq “Dəbilqəli kabus” fantastik filminə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Takeshi_Kitano