Maykl Pitt
Aktyor, ssenarist, prodüser, bəstəkar
Maykl Pitt 10 aprel 1981-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında anadan olub. Dördövladlı ailənin sonbeşiyi olan Maykl on yaşı olanda valideynlərinə aktyor olmaq istədiyini bildirib. 16 yaşı olanda Nyu-Cersidən Nyu-Yorka köçüb. Orada kuryer işləyib və doqquz yeniyetmə ilə birgə bir otaqlı mənzildə yaşayıb. 1999-cu ildə onun Brodvey debütü baş tutub. Kastinq üzrə mütəxəssis onun istedadlı olduğunu görərək, “Douson buxtası” teleserialında rol təklif edib. Daha sonra “Hedviq və bədbəxt ev” filmində ulduz transseksualın sevgilisi rolunu oynadıqdan sonra onu tez-tez Hollivud filmlərində ikinci plan rollarına dəvət etməyə başlayıblar. “Sadist” və “Qatilin geri sayımı” filmlərinə çəkilib. Daha sonra Bernarod Bertoluççinin “Xəyalpərəstlər” filmində rol alır. Ən əlamətdar rol Qas Van Sentin “Sonuncu günlər” filmində oynadığı rol olub. Həmin filmdə onun personajı xarici görünüşcə Kurt Kobeynə bənzəyən intihara meyilli musiqiçi olub. 2017-ci ildə yapon manqası əsasında çəkilmiş “Dəbilqəli kabus” fantastik filmində rol alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Pitt