Yohan Filip Asbek

Yohan Filip Asbek

Aktyor

BİOQRAFİYA

Yohan Filip “Pilu” Asbek 2 mart 1982-ci ildə Kopenhaqendə (Danimarka) anadan olub. Anası fransız-mərakeş əsilli, atası danimarkalıdır. Böyük qarşı incəsənət konsultantıdır. Asbek Herlufsholm şəhər internat-məktəbində oxuyub, orada dram tamaşalarında aktiv şəkildə iştirak edib. 2008-ci ilin yayında Milli Teatr məktəbini bitirib. 2011-ci ildə “Məhbus R” filminə çəkilib, işgəncələrə məruz qalan danimarkalı məhbusun obrazını yaradıb. “Hökumət” adlı siyasi dramda problemli həkim Kasper Yul rolu və “Taxt oyunları” serialında aldığı Euron Qreycoy rolu ilə dünya şöhrəti qazanıb. Asbek daha sonra Tobias Lindxolmun “Girovlar” adlı filminə çəkilir. 2014-cü ildə Asbek Skarlett Yohanssonla birlikdə məşhur fransız rejissor Lük Bessonun “Lüsi” filmində rol alır. 2015-ci ildə Tobias Lixdolmun daha bir filmi, “Müharibə” dramına çəkilir, Əfqanıstanda savaşan əsgər obrazını canlandırır. Daha sonra 2016-cı ildə “Ben-Hur” filminin Timur Bekmambetov tərəfindən çəkilmiş remeykində rol alıb. 2017-ci ildə bir daha Skarlett Yohanssonla kamera qarşısına çıxır, bu dəfə yapon manqası əsasında lentə alınmış “Dəbilqəli Kabus” fantastik filminə çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%81%D0%B1%D0%B5%D0%BA,_%D0%9F%D0%B8%D0%BB%D1%83

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç