Şüurlu kompüter intellekti yaratmaq üçün çox alimlər baş sındırıb. Buna yalnız Deon adlı gənc mütəxəssis nail olub. Deon süni intellekt yarada biləcəyinə özü də inanmırdı. Ancaq məhz onun səyləri nəticəsində Çappi adlı robot yaradılır. Yarandığı ilk saniyələrdən yaradıcısı, Deonu dünya görüşü toplamaq yanğısı ilə heyran qoyur. O öz yaradanının və onun dostlarının həyat tərzini tamamilə təqlid edir. Çappi böyük maraqla televizora baxır, heyvanlarla ünsiyyət qurur və ətrafda baş verənləri müşahidə edir. Ətrafda olan insanlar düşünməyə qadir olan bu “dəmir maşını” böyük həvəslə qəbul edir. Ancaq elələri də var ki, şüurlu süni intellektin mövcud olması fikrini heç cür həzm edə bilmir. Onlar belə bir maşının bəşəriyyət üçün ən böyük təhdidlərdən olduğuna əmindir. Gənc alim öz ixtirası ilə qürur duysa da, belə insanlar ona yalnız zərərli “dəmir parçası” kimi baxır. Deon isə əmindir ki, o nə vaxtsa rəssam və ya həkim olacaq, cəmiyyətə öz töhfələrini verəcək. Ağlına belə gətirə bilməzdi ki, Çappini ələ keçirmək və ya məhv etmək üçün irimiqyaslı ov başlanacaq.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar