Hyu Cekman

Hyu Cekman

Aktyor, prodüser

BİOQRAFİYA

Hyu Maykl Cekman 12 oktyabr 1968-ci ildə Sidneydə (Avstraliya) dünyaya gəlib. O, kəskin süjetli, superqəhrəman və romantik filmlərdə müxtəlif səpkili rolları canlandırıb. Aktyor ən çox "Naməlum insanlar" filmlərində rol aldığı superqəhrəman-mutant obrazı ilə tanınır. Kinotənqidçilərə görə, Cekmanın aktyorluq karyerasının zirvəsində “Əsirlər” detektiv trilleri durur. 2013-cü ildə “Oskar” və BAFTA mükafatına, 2002-ci ildə isə “Qızıl Qlobus"a namizəd olub. 2013-cü ildə “Qızıl Qlobus” mükafatı, 2004-cü ildə “Toni” teatr mükafatı, 2005-ci ildə “Emmi” televiziya mükafatına layiq görülüb. Hyu Cekman 1996-cı ildə aktrisa Deborra-Li Förnesslə evlənib. Deborra ərindən 13 yaş böyükdür. 2000-ci ilin mayında cütlük yeni doğulmuş Oskar Maksimilianı övladlığa götürüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Hyu_Cekman

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç