Şarlto Kopli

Şarlto Kopli

Aktyor, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Şarlto Kopli 27 noyabr 1973-cü ildə Cənubi Afrika Respublikasında anadan olub. Atası multiplikator olub. Kopli 1987-1991-ci illərdə Yohannensburqda yerləşən özəl ali məktəbdə təhsil alıb. Tələbəlik illərində Simon Hansenlə - gələcək biznes ortağı ilə tanış olur. Bu tanışlıq onun gələcək karyerasına müsbət təsir göstərib. Aktyor olaraq daha çox rejissor Nil Blomkampın “9-cu rayon”, “Robot Çappi”, “Elizium: Yerdəki cənnət” fantastik filmlərində yaratdığı obrazlarla məşhurlaşıb. Ali məktəbi bitirdikdən sonra Kopli Keyptauna gələrək Hansenlə “Channel 69 Studios” media-şirkətini təsis edir. Onların firması əvvəl CAR-ın “E.TV” telekanalı vasitəsilə yayım üçün lisenziya əldə edir, ancaq daha sonra müstəqil kanal statusunu qazanır. Həmin vaxt 20 yaşlı Şarlto gələcək rejissoru - 14 yaşlı Nil Blomkampı kompüter qrafikası mütəxəssisi və dizayner olaraq işə götürür. Karyerasının əvvəlində videokliplər və qısametrajlı filmlər çəkir. 2005-ci ildə Kopli və Hansen Blomkampın “Yoburqda sağ qalmaq” adlı altı dəqiqəlik filminə prodüserlik edir. Blomkamp sonradan 2008-ci ildə həmin filmin tammetrajlı və iribüdcəli versiyasını ərsəyə gətirir və Koplini baş rola çəkir. Filmin çəkilişlərində əksər səhnələrdə və dialoqlarda Kopli improvizasiya edərək, maksimal sənədli film effekti yaratmağa çalışıb. Bu rolu ona böyük şöhrət qazandırır. Filmin böyük uğurundan sonra Blomkampın digər fantastik filmlərinə də çəkilir. Şəxsi həyatına gəlincə, 2012-ci ildə model və aktrisa Tanit Fenikslə tanış olub. 2015-ci ildə cütlük nişanlandıqlarını elan edib. 2016-cı ildə isə Keyptaunda rəsmi nikaha daxil olublar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BF%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç