Dev Patel

Dev Patel

Aktyor

BİOQRAFİYA

Dev Patel 23 aprel 1990-cı ildə İngiltərənin London şəhərində anadan olub. Hər iki valideyni Kenyalı olsalar da, əsilləri hindistanlıdır. Dev Patel peşəkar idmançıdır, taekvondo üzrə qara kəməri var və bir çox beynəlxalq turnirlərdə fəxri kürsüyə qalxıb. Aktyorun dediyinə görə, uşaqlığında anası onu döyüş növlərinə göndərib ki, bütün aqressiv enerjisini idmana sərf edib, böyüdükdə daha sülhsevər və dürüst insan olsun. Kinokaryerasına 2006-cı ildə “Südəmərlər” (2007-2008) yeniyetmə serialına çəkilməklə başlayıb. 2017-ci ildə Britaniya kinoakademiyasının laureatı olub. Həmin il eyni zamanda “Oskar”, “Qızıl Qlobus” mükafatlarına namizəd göstərilib. “Xarabalıqdan çıxmış milyonçu” filmində oynadığı Camal Malik rolu və “Südəmərlər” serialında Ənvər rolu ilə şöhrət qazanıb. 2008-ci ildə rejissor Denni Boylun “Xarabalıqdan çıxmış milyonçu” filmində baş rola dəvət alıb. Camal Malik rolunun uğurundan sonra onun karyerasında sürətli yüksəliş dövrü başlayıb. Eyni vaxtda “BAFTA”, Black Reel”, “İmage Award” və digər mükafatlara namizəd olub. Bundan başqa “British Independent Film Award”, “CFCA Award”, “NBR Award” və “PFCS Award” kimi mükafatları qazanıb. “Xarabalıq milyonçusu” filmindən başqa “Aslan” (2016), “Robot Çappi” (2015), “Aradakı yolu” (2014) filmlərində oynadığı rolları ilə tanınır. 2009-2014-cü illər ərzində “Xarabalıqdan çıxmış milyonçu” filmində birgə baş rola çəkildiyi aktrisa Frida Pinto ilə vətəndaş nikahında olub. 2017-ci ildə isə Britaniyanın sarı-mətbuatında Patelin “Hotel-Mumbay” filminin çəkilişlərində tərəf-müqabili olan Tilda Kobhem-Hervi ilə sevgi münasibətləri yaşadığı xəbəri yayılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dev_Patel

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç