Nil Blomkamp
Rejissor, ssenarist, prodüser
Nil Blomkamp 17 sentyabr 1979-cu ildə CAR-ın Yohannesburq şəhərində anadan olub. Gənc yaşlarında kompüter animasiyası ilə məşğul olub. 16 yaşından Şarlto Koplinin “Deadtime” şirkətində rəssam-animator işləyib. 90-cı illərin sonlarında Kanadaya köçüb. Orada Vankuer Kompüter qrafikası və xüsusi effektlər ali məktəbini bitirib. “9-cu rayon” (2009), “Elizium: Yerdəki cənnət” (2013), “Robot Çappi” (2015), “Rakka” (2017) fantastik filmlərinin rejissoru kimi şöhrət qazanıb. “9-cu rayon” filminə görə ən yaxşı adaptasiyalı ssenari kateqoriyasında “Oskar” mükafatına namizəd olub. Rejissor Piter Cekson eyniadlı kompüter oyunu əsasında “Halo” filminin prodüseri olaraq Blomkampa, Gilyermo Del Toronun layihədən gedişindən sonra boş qalmış rejissor postunu tutmağı təklif edib. Nil çəkilişlərə böyük hazırlıq işi görür, ancaq bu qədər əziyyətinə baxmayaraq filmin istehsalatı dayandırılır. Cekson təzminat olaraq Blomkampa öz layihəsinin çəkilişlərinə 30 milyon dollar ayırır. Həmin layihə məhz Blomkampın rejissor karyerasına öz damğasını vuran “9-cu rayon olur. Elmi-fantastik triller onun “Yoburqda sağ qalmaq” filminin tammetrajlı versiyasıdır. Ssenarisini həyat yoldaşı Terrir Tatçellə yazıb. Cütlük eyni zamanda “Robot Çappi” filminin ssenarisini birgə yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Neill_Blomkamp