Bricet Cons gözəl və özünə görə ağıllı, 31 yaşlı xanımdır. Heç vaxt ərə getməyib, uşağı da yoxdur; özü üçün yaşayanlardandır. İçki içir, siqaret çəkir. Yatmazdan əvvəl bir tikə pitsa yeməsə, ürəyi dözməz. Hər Milad bayramı valideynlərigilə gedib bayramı orada qeyd edir. Və hər dəfə ora gedəndə valideynləri onu hansısa uğurlu və nüfuzlu kişiyə ərə vermək barədə söhbət açırlar. Növbəti dəfə o, valideynlərini ziyarət edəndə, orada nişanlı olmağa namizəd bir oğlanla tanış olur. Onu da bəyənmir. Bricet qərara gəlir ki, bu cür həyat onu məhv edəcək. Özünə gündəlik tutur və hər gününü qeyd etməyə başlayır. Bəlkə bu gündəlik ona aktiv həyata başlamağa yaxşı motivasiya olacaq...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar