Helen Fildinq

Helen Fildinq

Yazıçı və senaristi

BİOQRAFİYA

Helen Fildinq 19 fevral 1958-ci ildə İngiltərənin şimalında, Lids çəhərinin yaxınlığındakı Morli şəhərində anadan olub. Atası mədən işçilərinin jaketləri üçün xüsusi parça istehsal olunan fabrikdə atası müdir kimi işləyirdi. Atası 1972-ci ildə vəfat edir və anası Nilli hələ də Yorkşirdə yaşayır. Fildinq təhsilinə Veykfild Qız Məktəbində başlayıb. Oksfor Sent-Anna Kollecində ingilis dili təhsili alır və 1978-ci ildə Edinburq festivalına "Oksford şou" qrupunun üzvü kimi qatılır. Bu qrupun içində Riçard Kurtis və Rovan Atkinson kimi yazıçılar da vardı və Helen də onlarla dostluq münasibətləri qurur.

Fildinq 1979-cu ildə BBC kanalının xəbərlər proqramı olan "Nationwide"da müxbir kimi işləməyə başlayır. Daha sonra bəzi uşaq və əyləncə proqramlarında fəaliyyət göstərir. 1990-1999-cu illərdə "The Telegraph", "The Independent", "Sunday Times" və başqa qəzetlərdə köşə yazarı kimi işləyir. Ən məşhur işi "Bridcit Consun gündəliyi" romanının ideyasını "The Independent" qəzetində öz həyatından bəhs edən köşəni yazarkən fikirləşmişdi. Bu köşənin uğurundan ilhamlanaraq iki roman və onların ssenarisini yazır. Fildinq "Simpsonlar" cizgi filminin ssenaristi Kevin Kurranla evli olub və iki övladı var. Amma 2009-cu ildə cütlük ayrılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/Helen_Fildinq

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç